Luqansk mühasirəyə alındı

16 Avqust 2014 10:24 (UTC+04:00)

AzNews.az-Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Antiterror Əməliyyatları Mərkəzindən bildirilib ki, ölkənin cənub şərq hissəsində yerləşən eyni adlı vilayətin mərkəzi şəhəri olan Luqanskın separatçılardan geri alınması üçün hökumət qüvvələri hərbi əməliyyatın son mərhələsinə başlayıblar.

Məlumatda qeyd olunub ki, şəhər ətrafında gərgin döyüşlər davam edir.

Hərbçilər terrorçuların mövqelərini artileriya qurğularından atəşə tutublar, separatçıların arasında çoxlu sayda itkilərin olduğu bildirilir.

Məhəmməd
AzNews.az