Cəbhədə yenə -ATIŞMA

17 Avqust 2014 08:36 (UTC+04:00)
Cəbhə xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.