Türkiyədə hökumətə qarşı etirazlar başlayıb

18 Avqust 2014 07:20 (UTC+04:00)


anspress-in məlumatına görə, Okmeydanı rayonunda toplaşan bir qrup gənc yolu kəsərək nəqliyyatın hərəkətinə mane olub. Təhlükəsizlik qüvvələrinin xəbərdarlıqlarına baxmayaraq qrup dağılmayıb.

Polis etirazçılara qarşı güc tətbiq etmək məcburiyyətində qalıb. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə olunub.

Fəallar isə daş və yanıcı-kəsici maddələrlə təhlükəsizlik qüvvələrinə müqavimət göstəriblər.

Qarşıdurmalar zamanı xəsarət alan olmasa da, yaxınlıqda yerləşən evlərə ziyan dəyib.

AzNews.az