Sərxoş oğlan dənizdə boğuldu – Dəniz terroru

18 Avqust 2014 10:03 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, avqustun 17-də Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Fatmayi" sularda xilasetmə məntəqəsindən, təxminən, 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batmış 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədov axtarışları başa çatıb.

E.Əliməmmədovun cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 09:55-də başa çatıb.

Amid
AzNews.az