Rezidenturaya əlavə yerləşdirmə aparılır

18 Avqust 2014 10:14 (UTC+04:00)


Komissiyadan Trend-ə verilən məlumata görə, rezidenturaya keçirilən müsabiqənin və qeydiyyatın nəticələrinə əsasən 23 plan yeri boş qalıb.

Boş qalan plan yerləri üzrə müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 19-da saat 10:00-dan avqustun 21-i saat 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər.

Xatırladaq ki, iki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 814 namizəddən 577 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.

Onlardan 160 nəfərini oğlanlar, 417 nəfərini qızlar təşkil edir.

AzNews.az