Ukrayna ilə bağlı danışıqlar formatı müəyyənləşdi

18 Avqust 2014 10:24 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, bunu görüşdən sonra mediaya açıqlmasında Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib.

O bildirib ki, ötən gün Ukrayna, Rusiya və Fransadan olan həmkarları ilə Berlindəki görüşündən sonra Ukrayna məsələsində irəliləyişin əldə olunacağına ümid artıb: "Müzakirələr humanitar böhranın qarşısını almaq və Ukraynanın şərqində atəşkəs əldə edilməsi ilə bağlı olub". Nazir əlavə edib ki, burada məqsəd Ukraynada atəşkəsi bərqərar etmək və qurbanların sayının artmasının qarşısını almaqdır".

Rusiya Xarici İşlər Nazirliyinin açıqlmasında isə bildirilib ki, görüşdə əsas diqqət irimiqyaslı hərbi əməliyyatların qarşısını almağa yönəlib: "Münaqişənin həlli üçün bütün aspektlər müzakirə olunub. Həmçinin, humanitar gərginliyin aradan qaldırılması haqda da geniş fikir mübadiləsi aparılıb".

Açıqlamada qeyd olunub ki, bütün bu və ya digər problemlərin həlli ilə bağlı inkişafa nail olunub: "Razılığa gəlinib ki, danışıqlar bu formatda da davam etdirilsin".

Məhəmməd
AzNews.az