Türkiyə səfirliyi atəşə tutuldu - Erməni xisləti

18 Avqust 2014 10:57 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, yerli media hüquq-mühafizə orqanlarına istinadən yazır ki, atəş ov tüfəngindən açılıb.

"Dobriy Les" şirkətinin baş direktoru, 43 yaşlı Artur Mirzoyanın hədəfi Türkiyənin gerbi olub.

Onun açdığı hər iki atəş hədəfə dəyib.

A. Mirzoyan hadisəni törədəndən sonra gizlənmək istəsə də, səfirliyin binasını mühafizə edən polis onu saxlayıb.

Saxlanılan şəxs hadisənin motivini açıqlamayıb.

Polis ehtimal edib ki, insidentin səbəbi ermənilərin türklərə qarşı uzun illərdən bəri davam edən ədavətdir.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Məhəmməd
AzNews.az