Krım-Konqo qızdırmasına yeni yoluxma halı qeydə alındı - Gürcüstanda
18 Avqust 2014 11:25 (UTC+04:00)
Trend-in məlumatına görə, xəstəliyin əlaməti bir həftə əvvəl yerli sakinlərin birində tapılıb.
Bölgədə xəstəliyə qarşı vaksinasiya aparılır. Bu ilin aprelində Gürcüstanda bu xəstəlikdən 2 nəfər ölmüşdü. Ölkənin Xaşuri rayonunda sayca 13-cü virusa yoluxma halı qeydə alınıb.
Həkimlərin sözlərinə görə, xəstəlik insan həyatı üçün təhlükədir, lakin vaxtında aşkar edilərsə, xəstəni xilas etmək olar.
Hazırda Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasında 5 nəfər bu xəstəlikdən müalicə olunur, onlardan biri 6 yaşlı qız uşağıdır.
Gürcüstan Xəstəliklərə və İctimai Sağlamlığa Milli Nəzarət Mərkəzindən bilririblər ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurmur.
AzNews.az