ABŞ-da afroamerikalılar etiraz edir - Missuri ştatına qoşun yeridilir

18 Avqust 2014 11:30 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, artıq 1 həftədir adıçəkilən şəhərdə polislə yerli əhali arasında toqquşmalar davam edir.

Yerli əhali afroamerikalı yeniyetmə Maykl Braunun polis tərəfindən öldürülməsinə etiraz edirlər.

Əhali komendat saatı elan edilməsinə baxmayaraq, aksiyaları davam etdirirlər. Aksiyaların qarşısını almaq üçün polis güc tətbiq edib.

Şəhərdə əsl özbaşınalıq yaşanır. Ticarət obyektlərinin şüşə lövhələri dağıdılıb, polisdən, əməli törədənlərin cəzalandırılması istənilir.

Məhəmməd
AzNews.az