Rövşən Almuradlı infarkt keçirib – Diaqnoz

18 Avqust 2014 12:32 (UTC+04:00)

Rejissor AzNews.az-a açıqlamasında bildirib ki, bu, Mərkəzi Klinik Xəstəxanada aparılan təkrar müayinə zamanı bəlli olub: "Burada məlum oldu ki, əslində, mən artıq infarkt keçirmişəm və ürəyimdə çat əmələ gəlib. Yəni artıq ürəyimdə çat var. Ömrü boyu da belə yaşayacağam".

Rejissor deyib ki, həkimlər müalicənin davam etdirilməsi və bundan sonra da zəruri prosedurların nəzərə alınmasını söyləyiblər: "Ömrü boyu ürəyimə nəzarət etməliyəm. Amma cərrahi əməliyyata ehtiyac yoxdur".

Bahar Rüstəmli
AzNews.az