Donetsk separatçıları ölüm hökmü tətbiq edirlər

18 Avqust 2014 14:16 (UTC+04:00)
Separatçı "Donetsk xalq repsublikası" ərazisində ölüm hökmü tətbiq olunur. Separatçılar cinayət məcəlləsi və "Hərbi məhkəmələr" haqda qanun qəbul etdiklərini, bunu "xalqın tələbi ilə" həyata keçirdiklərini bildiriblər.

AzNews.az "AzadlıqRadiosu"na istinadən xəbər verir ki, Rusiya xidmətinin məlumatına əsasən, separatçıların qəbul etdiyi qanununlar Rusya Federasiyasının qanunvericilik bazası əsasında hazırlanıb.

Rusiyada bəzi ağır cinayətlərə görə ölüm cəzası nəzərdə tutulsa da, 1997-ci ildən ölüm hökmünə moratotiy qoyulub.

Bu ilin may ayında Donetsk və Luqansk vilayətlərində bir qrup Rusiyameylli yaraqlı hakimiyyəti zəbt edəndən sonra mərkəzi Kiyev hökumətinin tabeçiliyindən çıxdıqlarını elan ediblər. Artıq 3-cü aydır ki, Ukrayna hakimiyyəti onları terrorçu elan edərək separatçıların zərərsizləşdirilməsi üçün silahlı əməliyyatlar keçirir. Silahlı toqquşmalarda yüzlərlə adam həlak olub.

AzNews.az