Alman kəşfiyyatı Türkiyəyə qarşı

18 Avqust 2014 14:47 (UTC+04:00)


Der Spiegel Jurnalı Alman hökumtəinin, Türkiyəni digər NATO müttəfiqləri ABŞ, fransa, ya da İngiltərədən ayrıdğını yazır. Alman hökumətinin Türkiyədə baş verən hadisələrin, bir başa Almaniyanın daxili təhlükəsizliyinə təsir etdiyini vurğulanıb. Bildirlib ki, PKK, Almaniyadakı sağçı və solçu təşkilatlar, narkotik və insan qaçaqçılığı ilə mübarizə səbəbindən Türkiyənin təhlükəsizlik baxımından Alman hökuməti üçün digər NATO dövlətlərindən fərqlənir.

Jurnala danışan bir hökumət nümayındəsi, Türkiyə, ABŞ və Avropalı müttəfiqlərimizlə müqayisə oluna bilməz, deyib. Xəbərdə bildirilir ki, hökumətin çevrəsi, Türkiyədə baş verənlərin Almaniyanın təhlükəsizliyinə yaxından təsir etdiyi üçün, Türk hökumətinin dinlənməsinin normal bir fəaliyyət olduğunu qəbul edirlər. Buna səbəb kimi isə, Türk hökumətinin Almaniyadakı Türk klubları və dərnəkləri üzərindən illərdir siyasi məqsədlərini həyta keçirməyə çalışması, başda PKK olmaqla mərkəzləri Türkiyədə olan sağçı və solçu qrupların Almaniyadakı fəaliyyətləri, narkotik qaçaqçılığı kimi fəaliyyətlər göstərilir.

Öyrənmək istədiklərimizi Türkiyənin özündən soruşa bilərdik

Baş Nazir Angela Merkelin partiyası Xristiyan Demokratik Birlik millətvkillərindən patrik Sensburq, Almaniyanın kəşfiyyat və dinləmə fəaliyyətlərində müttəfiq ölkələrin hökumətlərini hədəf almadığını, dinləmələrə düşən bu cür danışıqların silindiyini deyib.

Sosial Demokratlardan Rolf Mürtzeniç isə, Almaniyanın NATO müttəfiqi Türkiyə ilə, etibara söykənən bir münasibət qurmalı olduğunu deyib. O bildirib ki, PKK haqqında öyrənmək istədiklərimizi kəşfiyyat etmək əvəzinə, Türkiyə hökumətinin özündən soruşa bilərdik.

Yaşıllar Partiyasının həmsədri Simone Peter isə, "Bir ildən çox çəkən ABŞ-ın Beynəlxalq Təhlükəsizlik skandalını müzakirə etdikdən sonar, bizim gizli xidmətimizin müttəfiq bir ölkəyə aktiv olaraq kəşviyyat həyata keçirdiyinin ortaya çıxması inanılmazıdr" - deyib.

Türkiyə kəşfiyyat ediləsi ölkələr siyahısında

Jurnalda iddia edilib ki, Almaniya Federal Kəşfiyyat Xidməti, hökumət tərəfindən 2009-cu ildə verilən təlimata görə Türkiyəyə kəşfiyyat və dinləmə fəaliyyətləri həyata keçirməyə davam edir. Bu məlumatın isə, ABŞ üçün cəsusluq şübhəsiylə 3 iyulda həps edilən Markus R. adlı BND (Almaniya Federal Kəşfiyyat Xidməti) xəfiyyəsinin Amerikalılara vermiş olduğu 217 gizli sənəddən birində yer aldığını iddia edilib. 2009-cu il tarixli bu sənədin, hökumət tərəfindən BND-yə verilən və kəşfiyyat ediməli əsas ölkələri təyin edən sənəd olduğu və Türkiyənin də bu syahıda yer aldığı bildirilib.

Türkiyədən məsələylə bağlı rəsmi açıqlama gəlməsə də, AK partiyadan Məhməd Əli Şahin, bu xəbərlərə yer verən, Der Spiegel Jurnalının, türkiyə ilə bağlı xeyirli yuxular görməyən bir jurnal olduğunu deyib: "Xüsusən Rəcəb tayyib Ərdoğan və AK partiya ilə bağlı çox haqsız xəbər verən bir jurnaldır. Ona görə də onun bu xəbərlərini ehtiyyatlı qaşılamaq lazımdır. Lakin üzərinə də ciddiyyətl getmək lazım olduğunu hesab edirəm".(simsar)

AzNews.az