ABŞ hərəkətə keçdi: Mosul azad olundu

18 Avqust 2014 15:22 (UTC+04:00)


Axar.az xəbər verir ki, İraq Kürd Regional Birliyinin silahlı qrupları hava zərbələrindən sonra Mosula girib.

ABŞ Hərbi Hava Qüvvələri mərkəzindən verilən açıqlamada təşkil olunan 14 hava hücumunda terrorçulara aid 10 zirehli texnika, 7 "Hammer" və 2 zirehli transpartyorun məhv edildiyi bildirilib.

Kürdüstan Demokrat Partiyasının sözçüsü Səid Məmuzini mətbuata verdiyi açıqlamada kürd silahlı birləşmələrinin Mosula girdiyini təsdiq edib.

AzNews.az