Rusiya razılıq aldı- VİDEO

18 Avqust 2014 18:09 (UTC+04:00)
Almaniyanın paytaxtı Berlində Ukraynaya dair dördtərəfli danışıqların iştirakçıları Rusiyanın Ukraynanın cənub-şərqinə humanitar yardım göndərməsinə dair razılıq əldə ediblər, lakin atəşkəs məsələsi yenə də həll olunmamış qalıb.

ANS TV-nin məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya, Ukrayna, Fransa və Almaniyanın xarici işlər nazirlərinin görüşü barədə açıqlama verərkən deyib ki, tərəflər 5 saat ərzində Ukrayna qarşısında dayanan bütün problemləri müzakirə ediblər.

Sergey Lavrov deyir ki, Rusiya tərəfində ATƏT müşahidəçiləri bizim müştərək təşəbbüslərimizə əhəmiyyətli töhfələr verirlər: "Bundan başqa, Ukraynada da özlərini lazımi təchizatla təmin etmək səlahiyyətinə malik olan ATƏT missiyası var. Biz həmin missiyanın Ukrayna tərəfdən sərhədə nəzarət etməsi üçün pilotsuz təyyarələrlə təchiz edilməsi barədə müzakirələr aparırıq".

Lavrovun sözlərinə görə, Rusiyanın Ukraynanın cənub-şərqinə humanitar yardım göndərməsi və sərhəddə yoxlanma proseduru həm Ukrayna tərəfi, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsilə razılaşdırılıb: "Rusiyanın əsas məqsədi isə Ukraynanın şərqində atəşkəsin əldə olunmasıdır.

Bundan əvvəl rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında ölkənin şərqində hökumətə qarşı döyüşən separatçıları silahlandırmaq niyyətində olduğunu iddia edirdi".




AzNews.az