Ukrayna yeni zirehli tibb maşınının təqdimatını keçirib - FOTO

19 Avqust 2014 13:38 (UTC+04:00)

Bu barədə "AzeriDefence" Ukroboronprom Dövlət Konserninə istinadən məlumat verib.

Yaxın vaxtlarda, dövlət sınaqları tamamlanan bu zirehli tibb maşınları Ukrayna Ordusunun silahlanmasına daxil olacaq.

Birinci iki BMM-4S 2014-cü ilin oktyabrına qədər hərbçilərə çatdırılacaq. BMM-4S-da silah üçün yerlər, həmçinin tibbi avadanlıq, xərəklər, dərmanlar üçün konteyner, termokonteyner, süni nəfəs aparatı, defibrilyasiya və qan köçürmə sistemləri üçün konteyner yer alır.

Etibarlı zirehli müdafiəyə malik maşın tibbi yardımın göstərilməsi və döyüş əməliyyatları və təbii fəlakət zonasından ağır yaralılarının təxliyəsi üçün nəzərdə tutulur.

AzNews.az