Sürücünün istidən ürəyi partladı - BAKIDA

19 Avqust 2014 14:03 (UTC+04:00)


Bakıdakı nəqliyyat terminallarından birində faciəvi hadisə baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salyan yolu 32 ünvanında yerləşən "İpək Yolu" terminalında sürücülərdən biri ölüb. Saat 15 radələrində idarə etdiyi yük maşını ilə terminala gələn Gürcüstan vətəndaşı, 1963-cü il təvəllüdlü David Tsularanın halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək sürücü keçinib.

İlkin müayinə nəticəsində Gürcüstan vətəndaşı olan 51 yaşlı sürücünün kəskin istilərin səbəb olduğu ürək çatışmazlığından vəfat etdiyi müəyəyn edilib. Ölüm faktı ilə bağlı araşdırmalar davam etdirilir.

AzNews.az