Bakıda ata və oğulun evi yandı

19 Avqust 2014 15:07 (UTC+04:00)


Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Nəsimi küçəsi 36 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini Balaməmməd Məmmədova məxsus ümumi sahəsi 297 kv.m olan 2 yaşayış evi 183 kv. m ərazidə yanıb.

Polisdən yanğın ev sahibinin oğlunun yaşadığı evə də keçdiyi bildirilib.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az