PKK Türkiyəyə qarşı yenə fəallaşdı - Bir türk zabiti şəhid oldu

20 Avqust 2014 09:55 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bölgənin Saray rayonu ərazisində sərhəd bölgədə xidmət aparan hərbçilər PKK yaraqlıları tərəfindən pusquya salınıb.

İriçaplı silahlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 leytenant şəhid olub, 1 əsgər isə yaralanıb.
Hadisə Türkiyə-İran sərhədi yaxınlığındakı Yamanyurt kəndi ərazisində baş verib.

Ərazidə irimiqyaslı əməliyyat başlanılıb.

Məhəmməd
AzNews.az