Bakı yaxınlığında sərnişin avtobusu aşdı- yaralılar var (FOTO)

20 Avqust 2014 16:03 (UTC+04:00)

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, 195 saylı marşrut avtobusu aşıb.

Natiq adlı hadisə şahidinin məlumatına görə, avtobusu "KamAZ" markalı yük maşını vuraraq aşırdıb. Hadisə nəticəsində ölən olmadığı deyilir. Ancaq xeyli sayda yaralılar var. Əraziyə 3-4 ədəd təcili yardım maşını cəlb olunub və yaralıları xəstəxanaya aparıblar.

AzNews.az