İlhamə Nazpəri ilə məhkəmə çəkişməsindən danışdı: “Məndən üzr istəniləcək”

21 Avqust 2014 10:20 (UTC+04:00)
Bunu AzNews.az-a açıqlamasında xalq artisti İlhamə Quliyeva deyib.

Onun sözlərinə görə, Ali Məhkəminin verdiyi qərar yaxın günlərdə icra olunacaq: "Məhkəmənin qərarını hələ almamışıq. Qərar əlimizə çatan kimi adıma bankda hesab açdıracağam. Ali Məhkəmənin qərarı ilə kəsilən cərimə qarşı tərəfdən həmin hesaba köçürüləçək".
İ. Quliyeva deyib ki, qərarda göstərilənlər icra olunacaq: "Bu qanundur. Hələ qərarda deyildiyi kimi üzr də istəniləcək...Məsələ bununla da bitəcək".

Qeyd edək ki, İ. Quliyeva N. Dostəliyeva tərəfindən təhqir olunduğu iddiası ilə məhkəməyə şikayət etmişdi. Məhkəmə Nazpəri Dostəliyevanın İlhamə Quliyevaya 25 min manat cərimə ödəməsi ilə bağlı qərar verib.

Daha əvvəl isə İ. Quliyeva qarşı tərəfdən 500 min manat ödənilməsini tələb etmişdi.

Bahar Rüstəmli
AzNews.az