İki maşın oğurluq telefon saxlanıldı

12 Sentyabr 2012 14:19 (UTC+04:00)
Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb. AzNews.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aldığı məlumata görə, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Niyaz Qurbanovun idarə etdiyi "QAZ-31029" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş 150 ədəd "C10" markalı, 49 ədəd "Nokia 101" markalı və 176 ədəd "X202" markalı mobil telefon aşkar edilib.

Həmçinin, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Aleks Zirakaşvilinin idarə etdiyi "İJ 27156" markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin yük yerində 383 ədəd müxtəlif markalı mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 347 ədəd qidalandırma cihazı, 349 ədəd akkumulyator, 349 ədəd karton qutu və 359 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.

Sevinc
AzNews.az