İsrail Qəzzada əməliyyata daha 10 min ehtiyatda olan hərbçini cəlb edir

21 Avqust 2014 20:26 (UTC+04:00)
İsrail Qəzza zolağında hərbi əməliyyatın keçirilməsi üçün daha 10 min ehtiyatda olan hərbçini orduya çağırıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail hərbi komandanlığındakı mənbə bildirib.

"Ordu siyasi rəhbərlikdən əvvəllər səfərbər olunan 20-25 min hərbçiyə əlavə daha 10 min ehtiyatda olan hərbçinin xidmətə çağırılması ilə bağlı göstəriş alıb", deyə mənbə bildirib.

Qeyd edək ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurası Qəzza zolağında hərbi əməliyyatların yenidən başlanması ilə bağlı narahatlığını ifadə edərək münaqişə tərəflərini atəşkəsə çağırıb.

AzNews.az