Ermənilər Ağdam və Goranboy istiqamətində atəşkəsi pozdu

22 Avqust 2014 07:43 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şıxlar və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az