Məşhur idmançı Abutalıbovu “buzlu su” aksiyasına dəvət etdi- Video

22 Avqust 2014 09:59 (UTC+04:00)

"Qafqazinfo"nun məlumatına görə, idmançı bu barədə İnstaqram səhifəsində video paylaşıb. Kamil videoda ALS-dən əziyyət çəkənlərə yardım məqsədi ilə başına buzlu su tökərək, siyasətçiləri bu aksiyaya qoşulmağa çağırıb. Bakı meri Hacıbala Abutalıbovu bu kampaniyaya qoşulmağa çağıran Kamil, estafeti ona ötürüb.

Qeyd edək ki, şərtlərə əsasən kampaniyaya qoşulan şəxs ya başından aşağı buzlu su tökülməsinə, ya da 100 dollarlıq yardım etməyə razı olmalıdır.



AzNews.az