Şəhidlərin təhqir olunması məsələsinə Prokurorluq qarışdı
22 Avqust 2014 13:35 (UTC+04:00)
Avqustun 21-dən 22-ə keçən gecə paytaxtın Şəhidlər xiyabanında qəbirlər üzərində təhqiredici hərəkətlərin edilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsində tapşırılıb.
Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Qeyd edək ki, naməlum şəxslər İlham və Fərizənin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol veriblər.
AzNews.az