Leysan yağışlarla bağlı 102 mindən artıq insan təxliyə olunacaq

22 Avqust 2014 18:51 (UTC+04:00)
Yaponiyanın Hirosima prefekturasında torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 40 nəfərə, itkin düşənlərin sayı isə 47 nəfərə çatıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, NHK televiziya kanalı təbii fəlakət nəticəsində əvvəlcə 39 nəfərin həlak olduğu, 52 nəfərin itkin düşdüyü barədə məlumat yayıb. 67 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilirdi. Həlak olanlar arasında 2, 3 və 11 yaşlı uşaqlar da var. Bundan əlavə, Koreya Respublikasının "Renhap" informasiya agentliyinin yaydığı məlumata əsasən həlak olanlar arasında bu ölkənin vətəndaşı da var.

Torpaq sürüşməsi nəticəsində 46 evin tam və ya qismən dağıldığı, 140 evin isə su altında qaldığı bildirilir. Hiroşimanın təxliyə mərkəzlərində hazırda iki min nəfər yerləşdirilib.

Yaponiyanın cənubunda leysan yağışlarla bağlı 102 mindən artıq insana təxliyə barədə xəbərdarlıq göndərilib.

AzNews.az