Yancaq çəninin partlaması ilə bağlı rəsmi açıqlama

23 Avqust 2014 08:36 (UTC+04:00)


AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəni qəzaya uğrayıb. Nəticədə maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az