Çilidə güclü zəlzələ baş verdi - 6.6 bal
24 Avqust 2014 09:39 (UTC+04:00)
Çilinin mərkəzi bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri paytaxt Santyaqodan 108 km şimal-qərbdə, ocağı isə 32 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
AzNews.az