Əlbəyaxa dava ölümlə bitti

25 Avqust 2014 08:28 (UTC+04:00)


Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Axşam saatlarında rayonun Çaylı kəndində qeydə alınıb.Kənd sakini 1992-ci il təvəlldülü Hüseyinli Kamran Kamal oğlu ilə həmkəndlisi 1986 cı il təvəllüdlü Astanov Elşən Təzəxan oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Sonda Gənclər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Kamran üzərindəki bıçaqla Elşənin sinə nahiyəsinə bir bıçaq zərbəsi endirib.

Yaralı Ağır vəziyyətdə Xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət işi başlanıb araşdırma aparılr.

AzNews.az