İslam Hüseynovu öldürmək istəyən azərbaycanlının kimliyi açıqlandı

12 Sentyabr 2012 16:43 (UTC+04:00)
Rusiya Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə idarəsi Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin rəhbəri İslam Hüseynova sui-qəsddə ittiham olunan Nahid Böyükağa oğlu Zahidov adlı azərbaycanlı barədə axtarış elan edib. APA-nın məlumatına görə, axtarışa verilən şəxs 1970-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır.

Xatırladaq ki, İslam Hüseynova qarşı sui-qəsd dünən Ulyanovskda baş verib. Sui-qəsd nəticəsində soydaşımız yaralanıb, onun İqor adlı mühafizəçisi isə dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.

AzNews.az