İranın “Şahdəniz -2”dəki payı bəlli oldu

25 Avqust 2014 14:16 (UTC+04:00)


Maide.az-ın İranın Etimad qəzetinə istinadən məlumatına görə, Ə.Macedi deyib ki, İranın "Niko Oil" şirkətinin "Şahdəniz-2" layihəsinin genişləndirilməsi layihəsində10 faizlik iştirak payı ilə bağlı iki ölkə arasında ilkin razılaşma əldə olunub.

Onun sözlərinə görə, Tehranda İran İslam Respublikası ilə Azərbaycan arasındakı yeni neft və qaz müzakirələrində ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və Azərbaycanın bəzi neft və qaz rəsmiləri ilə müzakirələr həyata keçirilib.

Macedi deyib ki, danışıqlarda həmçinin razılaşdıq ki, Xəzər dənizində neft və qaz yataqlarının genişləndirilməsi üzrə əməkdaşlıqlar inkişaf etdirilsin. Bundan başqa iki ölkə arasında qaz ixracatının həcminin artırılması haqda danışıqlar apardıq.

AzNews.az