İnternet KİV-lə bağlı nəticələr AÇIQLANDI -SORĞU

25 Avqust 2014 15:00 (UTC+04:00)

İnternet medianın, informasiya məkanındakı yeri və cəmiyyətin informasiya təminatında, informasiya mənbəyi kimi rolu ilə bağlı məsələlərə, suallara aydınlıq gətirmək məqsədilə bu sorğu "Yeni Media Jurnalistləri" İctimai Birliyi tərəfindən 100 nəfər respondent arasında keçirilib. "Yeni Media Jurnalistləri" İctimai Birliyi tərəfindən tərtib olunan sorğu anketi e-mail vasitəsilə əvəllcədən seçilən respondentlərə göndərilib. Anketlər toplandıqdan sonra nəticələr emal və təhlil edilib. Respondentlər cəmiyyətin fəal sosil qruplarını əsasən özəl sektoru təmsilçilərini- menecerləri, dövlət qulluqçularını, millət vəkillərini, beynəlxalq təşkilatların əməkdaşlarını, hərbçi və kənd təsərrüfatında çalışanları əhatə edib.

Respondenlər seçilərkən o əsas götürülüb ki, cəmiyyətin aparıcı, aktiv social qruplarının təmsilçilərini internet medi ilə bağlı fikirlərini öyrənmək mümkün olsun.

"Yeni Media Jurnalistləri" İctimai Birliyi bu sorğunu daxili imkanları hesabına keçirib və resursların məhdudluğu respondenlərin dairəsini genişləndirməyə imkan verməyib. Sorğu 2014-cü ilin may-iyul aylarında keçirilib.

Sorğuda iştirak edənlərin sosial qruplara məxsusluğu


1. Gündəlik xəbərləri hardan alırsınız?

Rəyi soruşulanların 38% gündəlik xəbəri sosial şəbəkələrdən 34% isə internet saytlardan aldığnı bildirib. 16% gündəlik xəbərləri qəzetlər, 12% isə raido-TV-dən aldığını qyed edib. Ümumilikdə, respondentlərin sosial şəbəkə və internet saytlardan gündəlik xəbər alanların ümumi həcmi 72% təşkil edir.

2. Sizin üçün əsas informasiya mənbəyi hansıdır?

Rəyi soruşulanların 40 faizi üçün İnternet əsas informasiya mənbəyi kimi çıxış edir. Sosial şəbəkələr informasiya mənbəyi kimi 29% ikinci yerdə qərarlaşıb. Qəzet və TV-radionun əsas informasiya mənbəyi kimi respondentlərin 12% qeyd edib. Dövlət informasiya agentliyi və qəzetləri əsas informasiya mənbəyi kimi qeyd edənlər isə repsondentlərin 7 faizini təşkil edir.


3. İnternet saytların xəbərləri nəyə görə sizin diqqətinizi çəkir?


Əsas informasiya mənbəyi kimi İnterneti göstərənlərə ünvanlanan bu suala cavab verənlərin44 faizi hesab edir ki, inter saytallarda məlumat azadlığına riayət olunur, 42 %-in fikrincə xəbərləi dolğun, ətraflı və davamlı izləmək imkanı var. Bununla belə 14 faizin fikrincə, faktlar təhrif edilmir. Respondentlər bu suala cavab verərkən onlara hər üç cavabı variantını seçmək imklanı verilb. Eyni zamanda onlar yalnız 1 yaxud 2 cavab variantı da seçmək imkanına malik olublar.

4. Hansı informasiya mənbəyinə daha çox etibar edirsiniz?

Respondentlərin 52 faizi internet mediada oxudğunu, 19% TV və radioada dinlədiyinə, 14% qəzetlərdə oxuduğuna etibar etdiyini bildirib. 15% isə heç bir informasiya mənbəyindən əldə etdiyi informasiyaya etibar etmir.

5. Xəbərləri necə axtarırsınız?

Respondentlərin 70% qeyd edib ki, daim oxuduğu saytlar var. 21% isə xəbərləri sosial şəbəkələr vasitəsilə, 5% axtarış sistemləri, 4% dostlardan xəbər tutur.

6. İnternetdə nə qədər vaxt keçirisiniz?

Respondentlərin 36 faizi işi ilə əlaqədar bütn gün, 26% gündə 6-7 saat, 38% isə gündə 2 saat internetdə vaxt keçirir.


7. Fikrinzcə, ən populyar informasiya vasitəsi hansıdır?

Ən populyar informasiya vasitəsi kimi respondentlərin 56 faizinin fikrincə internet saytalar çıxış edir. İkinci yeri 18% sosial şəbəkələr tutur. Respondnetlərin 16% TV-ləri, 7% qəzetləri, 3% isə qəzetləri ən populyar informasiya vasitəsi kimi çıxış edir.

8. İnternetdə daha çox hansı mövzuda xəbərləri oxuyursunuz?

Respondentlərin 54% internetdə daha çox ictimai-siyasi xəbərləri, 18 faiz şou-biznes, sosial və kriminal xəbərləri, 10% təhlil və müsahibələri daha çox oxuyur.

9. İnternet KİV barədə hansı müşahidəniz var

Respondentlərin 90 faizi hesab edir ki, internet KİV informasiya təminatında əsas rol oynayıb. 3 faiz hesab edir ki, qəzetlər, 1 faiz isə TV-lər daha etibarlıdır. 16% isə məlumat almaqda ciddi fərq görmür.


AzNews.az