“Hirkan” dövlət qoruğunda yanğın baş verib

25 Avqust 2014 14:52 (UTC+04:00)


AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində (rayon mərkəzindən 18 km aralı) "Hirkan" dövlət qoruğunun ərazisində 0,5 ha sahədə kol-kos və müxtəlif ağaclar yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az