Daha bir avtobus qəzası - Yaralılar var

25 Avqust 2014 15:21 (UTC+04:00)

Hadisə şahidlərinin Milli.Az-a verilən məlumata görə, qəzanın səbəbi avtobus sürcüsünün sürəti aşması olub. Belə ki, şəhər istiqamətində hərəkət edən avtobus içi dolu sərnişinlə yolun kənarında duran "Qazel" markalı avtobusa "girib". Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, onlardan üçü qadın, biri isə kişidir.

Xəsarətlər ağır olduğundan sərnişinləri təcili tibbi yardım gözləmədən taksilərə mindirib xəstəxanalara yollayıblar.

AzNews.az