Hökumət istefa verdi

25 Avqust 2014 20:56 (UTC+04:00)
Fransada hökumət istefaya göndərilib.

Dünən ölkənin baş naziri Manuel Vals, kabinetin istefa ərizəsini prezident Fransua Ollanda təqdim edib. İkinci hökumət başçısının istəyini qəbul edib.

Bununla belə yeni nazirlər kabinetini formalaşdırmaq yenə də baş nazir Manuel Valsa həvalə olunub. Gözlənilir ki, yeni kabinetin tərkibi çərşənbə axşamı elan olunacaq. Vals Fransada hökumət başına martın 31-də, keçmiş baş nazir Jan Marko Eyronun, uğursuz bələdiyyə seçkilərindən sonra istefa verməsindən sonra gəlib.

Seçki nəticələri Ollandın sosialist hökumətinin xalqın etimadını itirdiyini göstərib. Ancaq bu qədər vaxt keçməsinə rəğmən Vals böhranın öhdəsindən gəlib, əvvəlki hökumətin etibarını bərpa edə bilməyib, ölkədə işsizlərin sayı artmaqda davam edir, iqtisadi artım sıfırlıq göstəricidə durğun qalıb.

Cari hökumətin istefasına şərait yaratmış, "sonuncu damla" Fransanın iqtisadiyyat naziri Arno Monteburun çıxışı olub, iqtidarın əsas silahdaşlarından olmasına rəğmən o, hökumətin siyasi kursunu və anti-böhran ölçülərini sərtləşdirməsini pisləyib.

Bazar günü Bresse şəhərində keçən "Qızılgül bayramında" Montebur bir daha sərt büdcə islahatlarının əslində iqtisadi inkişafı ləngitdiyini vurğulayıb. Monteburu Fransanın təhsil naziri və maliyyə naziri də dəstəkləyib.

AzNews.az