Rusiyanın Ukraynada olacaq itkiləri açıqlandı – 113 min

25 Avqust 2014 21:36 (UTC+04:00)
Ukraynalı hərbi ekspert İqor Myaqçenkov Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiyanın verdiyi itkilərlə bağlı şok faktlar açıqlayıb.

Axar.az xəbər verir ki, ekspertin bildirdiyinə görə, Kremlin Ukraynaya qarşı müdaxiləsi nəticəsində rus hərbçiləri və muzdlularının itkisi 7-12 min nəfər arasındadır. Ölənlərin siyahısına Ukrayna vətəndaşları olan separatçılar daxil deyil.

Ekspert bildirib ki, Rusiyadan Luqanska göndərilən "KamAZ"ların içərisində 12-yə yaxın maskalanmış yük avtomobilləri olub: "Həmin yük maşınlarının tutumu təxminən 8 tona yaxın olub. Bu da o deməkdir ki, hər bir maşın ən azı 100 rus hərbçisinin meyitini daşıyıb. Muzdluların meyitlərini isə Putin götürmür".

Myaqçenkovun sözlərinə görə, son vaxtlar Ukraynaya gələn muzdluların sayında azalma baş verib. Ona görə də Putin indi Ukraynaya yalnız peşəkar hərbçilərini göndərir.

Ekspert həmçinin, Vladimir Putinin Ukraynaya qarşı qorxunc planını da açıqlayıb:

"Sovet qoşunlarının Əfqanıstandakı itkisi 15 minə yaxın idi. Putin Sovet-Rusiya klerikal-satanik imperiyasının həyata keçməsi üçün onminlərlə rusu və yüzminlərlə ukraynalını öldürməyə hazırdır. Artıq Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı Ukrayna ərazisində həlak olacaq əsgər və zabitlərin sayını da hesablayıb: 113 min ölən və yaralanan...".

AzNews.az