Narkotiklə dolu gəmi saxlanıldı

25 Avqust 2014 21:46 (UTC+04:00)
Birma hakimiyyəti Hərbi-Dəniz Qüvvələrinin ölkənin cənub sərhədində narkotiklə dolu gəmini saxladığını bildirib.

ANS PRESS-in məlumatına görə, hüquq-mühafizə orqanları iki milyondan çox ekstazi həbinin tapıldığını qeyd edib.

Yüksək vəzifəli polis əməkdaşının sözlərinə görə, bu, Birmada yaxalanmış ən böyük narkotik partiyasıdır. Bundan başqa, gəmidə 70 ton "qeyri-leqal ağac" aşkar edilib.

BMT-ın məlumatına görə, Birma regionda sintetik narkotiklərin əsas mənbələrindən biri sayılır. Burada daha çox metamfetamin hazırlanır.

Burdan narkotiklərin böyük həcmi Yaponiyaya, Avstraliyaya və Yeni Zelandiyaya, həmçinin cənubi Asiya ölkələrinə yola düşür.

AzNews.az