İŞİD təhdid olarsa, ABŞ hərəkətə keçəcək

26 Avqust 2014 07:06 (UTC+04:00)
ABŞ Baş qərargah rəisi Martin Dempsey terror təşkilatı İraq Şam İslam Dövlətinin (İŞİD), ölkəsinə istiqamətli birbaşa bir təhdid halına gəlməsi vəziyyətində təşkilatın Suriyadakı davamına qarşı hərəkətə keçəcəklərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Əfqanıstanı ziyarət edəcək Dempsey, təyyarədə jurnalistlərə verdiyi müsahibədə "İraqdakı IŞİD xadimlərinin ABŞ torpaqlarına birbaşa təhdid halına gəldiyinə qərar versək, ABŞ ordusunun Suriyada təşkilata qarşı birbaşa hərəkətə keçməsi əmri verilər" dedi.

Dempsey, digər tərəfdən IŞİD-in hələ regional bir təhdid meydana gətirdiyinə, ABŞ-da və ya Avropada hücumlar tənzimləmə ya da planlaşdırma qabiliyyətinə sahib olmadığına inandığını bildirir.

Martin Dempsey, IŞİD`in təxribata uğratılmasında, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgədə kilid əhəmiyyətə sahib müttəfiqlərin ABŞ-a dəstək verəcəklərinə istiqamətli inancını da dilə gətirdi.

ABŞ Baş qərargah rəisi Dempsey, "İŞİD-in çox mərhəmətsiz olduğu və özünü, sözünü etdiyim hər kəsi açıq-aşkar təhdid edən, radikal dini bir qanunlara sığındığını düşünürəm" deyərək, bölgədəki müttəfiqlərin bu mübarizəyə könüllü olaraq çərik olacaqlarını düşündüyünü bildirdi.

İŞİD-i ABŞ və Avropada hücumlar planlayan və hücumlara təşəbbüs edən, mərkəzi Yəməndə olan Əl-Qaidə təşkilatı arasında müqayisə edən Dempsey, bu ana qədər IŞİD-in "ABŞ torpaqlarına qarşı aktiv bir hücum planıyla məşğul olduğuna" dair hər hansı bir işarə olmadığını, bunun Yəməndə gördüklərindən fərqli bir vəziyyət olduğunu ifadə etdi.

ABŞ Baş qərargah Başçısı Dempsey, İraqda təşkil etdikləri hava hücumlarının, müqavimətçilərin sürətinin kəsilməsinə kömək etdiyini "İŞİD-in çox güclü və ya edilməz olduğu" istiqamətindəki düşüncələri yıxdığını bildirir.

Bu arada ABŞ Mərkəzi Qüvvələr Komandanlığından (CENTCOM) verilən xəbərə görə, ölkə təyyarələri və uzaqdan idarə olunan pilotsuz hava vasitələriylə təşkil edilən hücumların birində, Mosul Anbarı ətrafında İŞİD`ə aid bir "humvee" tipli vasitənin, digər hücumda da Erbil yaxınlığında yenə İŞİD-ə aid bir silahlı vasitənin vurularaq yox edildiyi qeyd edilir.

Əməliyyatda vəzifə alan bütün təyyarələr və pilotsuz hava vasitələrinin daha sonra bölgədən etibarlı şəkildə ayrıldığı vurğulanır.

CENTCOM açıqlamasında, 8 Avqustdan etibarən ABŞ ordusunun İraqda cəmi 96 hava hücumu təşkil etdiyi, bunların 62-sinin Mosul Anbarı yaxınlarında İraq qüvvələrinə dəstək məqsədli ilə icra edildiyini bir daha qeyd edir.

AzNews.az