Separatçılar Novoazovskdən qaçdı – Ukrayna

26 Avqust 2014 08:48 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, "Azov" taborunun həyata keçirdiyi əməliyyat nəticəsində vilayətin Novoazovsk şəhəri separatçılardan azad edilib.

Artıq Ukrayna hökumət qüvvələri şəhərdə təmizləmə işlərini həyata keçirirlər.

Bununla da Ukrayna hökumət qüvvələri Azov dənizi sahilinə nəzarəti ələ keçirib.

Məhəmməd
AzNews.az