Bu gün Poroşenko ilə Putin görüşəcək - Minskdə

26 Avqust 2014 09:35 (UTC+04:00)

Görüşdə həmçinin, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eşton, Aİ-nin enerji məsələləri üzrə vitse-prezidenti Gunter Ettinqer və qurumun ticarət üzrə komissarı Karl de Quxt iştirak edəcək.

Yığıncaqda bir çox məsələlər, o cümlədən Ukraynanın Aİ-nin azad ticarət zomasına qəbulu və eyni zamanda "Gömrük İttifaqı" ilə əməkdaşlığı da müzakirə olunacaq.

Toplantı barədə danışan Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov deyib ki, Minsk yığıncağı zamanı Putinlə Poroşenkonun ikitərəfli görüşü nəzərdə tutulmayıb. Buna baxmayaraq, o ekspront görüşün baş tutacağını da istisna etməyib.

Məhəmməd
AzNews.az