Daşınmaz əmlak bazarında qiymətlər artır -VİDEO

26 Avqust 2014 09:50 (UTC+04:00)

AzNews.az TTV-yə istinadən xəbər verir ki, kirayə mənzil bazarında təkcə iyul-avqust aylarında 6 % artım qeydə alınıb. Artımın sentyabrda daha da qalxması ehtimal olunur. Artıq bölgələrdən paytaxta tələbə axını var. Ali təhsil ocaqlarının, metro çıxışlarının yaxınlıqlarındakı evlərin kirayə qiyməti daha çoxdur.

Ekspert Nüsrət İbrahimov: "Tələbələr metro çıxışlarındakı evlərə üstünlük verirlər. Universitetə yaxın olsun deyə. Burada 1 otaqlı ev 350-400, 2 otaqlı 450-500, 3 otaqlı 500-dən yuxarı. Burdakı evlərin qiyməti digər yerlərdəkinə nisbətən 20-100% ə qədər dəyişə bilər. Məsafədən asılı olaraq".

Qiymət artımı bununla bitmir. İlin sonunadək daşınmaz əmlak və mənzil bazarında da qiymətlərin 3% -ə qədər artacağı gözlənilir.
Ekspert Nüsrət İbrahimov: "Yeni il qabağı qiymətlərin daha da artacağını ehtimal edirik. Sentyabr ayında bazarda aktivləşmə gözlənilir. İlin sonunadək 3% qiymət artımı qaçılmaz olur".

Ekspertin sözlərinə görə, bu il ötən illə müqayisədə təklif edilən evlərin sayı daha azdır. Bu da qiymət artımına gətirib çıxarır.



AzNews.az