Nalbandyan indi də Kiprə gedir
13 Sentyabr 2012 08:02 (UTC+04:00)
Erməni XİN rəhbəri Edvard Nalbandyan sentyabrın 13-də Kiprə rəsmi səfərə gedir. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, 2 günlük səfərdə Nalbandyan kiprli həmkarı Erato Kozakou-Marcoullis və digər rəsmilərlə görüşəcək.
Görüşdə ikitərəfli əhəmiyyət kəsb edən mövzularla yanaşı Avropa Birliyi ilə münasibətlər də müzakirə obyekti olacaq.
Sadiq
AzNews.az