“Namizədliyimi geri götürmək fikrim yoxdur” - Başqanlığa namizəd

26 Avqust 2014 10:47 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlmasında Müsavat Partiyasının Divan üzvü, başqanlığa namizəd Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, partiyanın başqanlığı uğrunda mübarizəni sona qədər davam etdirəcək: "İstər qalib olum, istərsə də məğlub, fərq etəməz, mübarizəni davam etdirəcəyəm".

Divan üzvü onu da vurğulayıb ki, əgər ikinci tura keçməsə, o zaman daha çox səs toplamış iki namizəddən birini dəstəkləməyə məcburdur: "Bu barədə ikinci turdan sonra düşünmək olar. Amma birinci turda bu addımı atmayacağam".

Qeyd edək ki, Müsavat Partiyası başqanlığına iddialı namizəd Qubad İbadoğlu qurultay gedişiatında namizədliyini geri götürə biləcəyini bildirib.

Bahar Rüstəmli
AzNews.az