Akademik Milli Dram Teatrın sentyabr repertuarı

13 Sentyabr 2012 08:18 (UTC+04:00)
Akademik Milli Dram Teatrı sentyabr ayının repertuar planını açıqlayıb. Teatrdan bildirilən məlumata görə, yaradıcı kollektiv yeni mövsümü sentyabrın 14-də M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" tamaşası ilə salamlayacaq.

Qeyd edək ki, teatr sentyabr 18-də H.Mirələmovun "Gəncə qapıları", 19-da İlyas Əfəndiyevin "Qarabağnamə", 20-də Elçinin "Teleskop", 21-də A.Saqarelin "Xanuma", Elcinin "Şekspir", 23-də Ş.Şendilin "Qanlı Nigar", 25-də A.Məsudun "Qatarın altına atılan qadın", 26-da "Yaşlı xanımın gəlişi", 27-də V.Hüqonun "Qadın məhəbbəti, 28-də F.Bruknerin "Napaleon", 29-da İ.Əfəndiyevin "Boy çiçəyi" tamaşaları nümayiş olunacaq.

Bahar
AzNews.az