Naxçıvanda bədbəxt hadisə

26 Avqust 2014 12:02 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 24-də Şərur rayonu Dizə kənd sakini Kəmalə Əyyubzadə ehtiyatsızlığı nəticəsində "Arpaçay" çayına yıxılaraq suda boğulub. Onun meyiti avqustun 25-də sudan çıxarılıb.

Eyni gündə daha bir bədbəxt hadisə Şəmkir rayonunda baş verib. Beləki, Şəmkir rayonunun Çaylı kəndində kənd sakini Mobil Ələkbərovu elektrik cəryanı vurması nəticəsində ölüb.

AzNews.az