Ermənilər tərəfindən Qarabağa vurulan ziyan müəyyənləşdirilir- Video

26 Avqust 2014 13:48 (UTC+04:00)

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış İtki və Tələfatların Qiymətləndirilməsi komissiyası Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonla birgə 19 inzibati ərazi vahidliyində erməni işğalçıları tərəfindən vurulan ziyanı müəyyənləşdirir.

Səfirlər, hüquqşünas və qiymətləndirici ekspertlərdən ibarət işçi qrupun rəhbəri millət vəkili Xanhüseyn Kazımlı ANS-ə bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli Xan Xoyski tərəfindən yaradılan Fövqəlada Təhqiqatlar komissiyasının aşkar etdiyi tarixi faktlar, ermənilərin bolşeviklərin pərdəsi altında azərbaycanlılar qarşı törətdiyi vəhşiliklər, soyqırım aktı dünya ictimaiyyətinə çatdırılır.

Avqustun 31-i Fövqəlada Təhqiqat komissiyasının yaradılmasının 96-cı ildönümü qeyd ediləcək.



AzNews.az