Ukraynadan desant olayı ilə bağlı açıqlama - Rəsmi (FOTO)

26 Avqust 2014 14:13 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, bunu Ukrayna Təhlükəsizlik və Müdafiə Xidmətinin (UTMX) Analitik İnformasiya Mərkəzinin katibi Andrey Lısenko bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, hazırda rus hərbçilər ifadə verir: "Rusiya desantları Donetsk vilayəti Zerkalnı qəsəbəsi ərazisində ələ keçiriliblər. Onlar yolu səhv salmayıblar, sadəcə olaraq, xüsusi tapşırıq yerinə yetirmək üçün Ukrayna ərazisinə göndəriliblər".

A.Lısenkonun sözlərinə görə, rusiyalı desantlar hərbi əsir deyillər, saxlanılan şəxsdirlər: "Hazırda onlarla bağlı hüquq-mühafizə orqanları zəruri iş görürlər. Artıq məlum olub ki, onlar Rusiya Ordusunun 71211 saylı hərbi hissəsinin 331 alayının, 98 diviziyasının desant bölməsinin hərbçiləridir. Desantların sözlərinə görə, tabor avqustun 23-də Rastov vilayətinə qatarla gətiriliblər. Avqustun 24-də saat 03.00 radələrində isə həyəcanla qaldırılaraq, desantın döyüş maşınları ilə Ukrayna sərhəddinə gətiriliblər. Əməliyyatla bağlı yalnız zabitlər məlumatlı olub. Onların məqsədi Ukrayna ərazisinə daxil olmaq olub".

O deyib ki, məsələ ilə cinayət işi başlanılıb: "Biz buradan rusiyalılara-valideyinlərə müraciət edirik və bildiririk ki, hər gün onların övladları olan onlarla rusiyalı gənc Ukraynada ölür. Rəsmi şəkildə onlar Rusiyanın müxtəlif bölgələrində təlimdə olduqları göstərilir. Əslində isə hərbçilər müxtəlif adlarla Ukraynaya döyüşməyə göndərilirlər".



Məhəmməd
AzNews.az