İŞİD pul tələb edir - FOTO

26 Avqust 2014 20:50 (UTC+04:00)
İŞİD terrorçuları ABŞ vətəndaşı olan 26 yaşlı qızın geri qaytarılması üçün 6,6 milyon dollar tələb edir.

Ans press-in məlumatına görə, İŞİD ödəməsinə əlavə olaraq ABŞ hökumətindən ABŞ məmurlarının qətlinin cəhdi üçün 2010-cu ildə Amerikada ittiham edilmiş neyrofizioloq Aafiu Siddikini azad etməyi tələb qoyub.

Ailəsinin xahişi ilə adı açıqlanmayan 26 yaşlı girov qiz bir il əvvəl İŞİD döyüşçüləri tərəfindən Suriyada onun humanitar işi zamanı oğurlanmışdı.

Qruplaşmanın açıq şəkildə edam etdiyi birinci qurban ABŞ jurnalisti Ceyms Fouli oldu. Həminki videoda daha bir girov adıyla Stiven Sotloff təsvir edilmişdi.

Qeyd edək ki, sünni qruplaşması olan İŞİD-ə 2010-cu ildən Abu Bakr al-Baqdadi başçılıq edir. İŞİD bayrağı altında indi türklər, avropalılar, ərəb ölkələrindən gələn afrikalılar döyüşür.


AzNews.az