Tunisdəki ABŞ səfirliyi də hücuma məruz qaldı

13 Sentyabr 2012 08:53 (UTC+04:00)
İslam dinini və dindarları aşağılayan filmin internetdə yayılmasından sonra Yaxın Şərq ölkələri çalxalanıb. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, Lviya və Misirdən sonra Tunisdəki ABŞ səfirliyinə də hücum edilib.

Verilən məlumata görə, polis qəzəbli kütləni səfirlik ərazisindən uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Verilən məlumata görə etiraz aksiyasında 200 dən çox insan iştirak edib və onlar səfirliyi daş-qalaq edərək ABŞ bayrağına od vurublar. 2 polis əməkdaşının aksiya zamanı xəsarət aldığı bildirilir. 4 aksiyaçı isə saxlanılıb.

Xatırladaq ki, "İslamın günahsızlığı" adlı film 2 gün əvvəl internetə yerləşdirilib və dini aşağıladığından etirazlara səbəb olub.

Sadiq
AzNews.az