Cəlilabadda 5 km-lik tıxac - VİDEO

27 Avqust 2014 08:18 (UTC+04:00)

Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, tıxacın uzunluğu 5 km. olub.

Tıxacın yaranma səbəblərindən biri magistral yolun yaxınlığında yerləşən ticarət mərkəzinə daxil olan avtomobillərlə Ələt-Astara yolu ilə hərəkət edən abtomobillərin nizamsız qarşılaşmasıdır. Digər səbəb isə Cəlilabad-Bakı marşurutu üzrə işləyən kiçiktutmlu mikroavtobusların mgistral kənarında duraraq, sərnişin toplamalıdır.

Maraqlısı isə odur ki, avtomobillərin qarış-qarış hərəkət etməsinə baxmayaraq, Bakı istiqamətində hərəkət edən mikroavtobuslar yolun kənarında dayanaraq sərnişinləri götürməyə başlayıb.

Tıxacın yarandığı əraziyə yol patrul xidmətindən əlavə kömək gəldikdən sonra magistral yolda nəqliyyat vastələrinin normal hərəkəti bərpa olunmağa başlanıb.

Qeyd edək ki, sözügedən ərazidə həftənin 2 günü istisna olmaqla, demək olar ki, hər gün uzun tıxac olur. Son zamanlar istirahət etmək üçün Cənub bölgəsinə üz tutanların sayının çox olması, yoldakı avtomobillrin sayını daha da çox olmasına səbəb olub.



AzNews.az